Gürcüstan Azərbaycanla sərhədi bağlayıb? - Yenilənib

Gürcüstan Azərbaycanla sərhədi bağlayıb? - Yenilənib
7732 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra Səhiyyə naziri Yekaterina Tikaradze və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinq keçirib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, brifinqdə İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxsin hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğu bildirilib. Tikaradzenin sözlərinə görə, virusun Gürcüstanda epidemiya halı almaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, brifinqdən əvvəl Baş Nazir Georgi Qahariya ilə görüşüb və hökumət iki həftəliyə Azərbaycanla sərhədi bağlamaq qərarına gəlib.

İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib.

***

Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-ya bildirilib ki, Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil:

“Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib”.