DNT testi etdi, kraliçanın qohumu çıxdı

DNT testi etdi, kraliçanın qohumu çıxdı
1937 dəfə oxunub
  • A-
  • A
  • A+

Hilton otellərinin varisi Paris Hilton Böyük Britaniya Kraliçası II Yelizavetanın qohumu olduğunu bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə “Cosmopolitan” jurnalına müsahibəsində danışıb.

Paris bu yaxınlarda anasının DNT testi etdirdiyini və nəticələrə görə, anasının ata xətti ilə kraliça ilə qohum olduğunu açıqlayıb.

Müğənni, həmçinin dünyanın ən gözəl və cazibədar aktrisası olan Merilin Monro ilə də qohum olduğunu bildirib.