Məcburi köçkünlər Xocalı soyqırımı qurbanlarını belə andı - Video

Məcburi köçkünlər Xocalı soyqırımı qurbanlarını belə andı -  Video
414 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal tərzdə dəstək veriblər.

Axşam.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, fevralın 25-i gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca “JUSTİCE FOR KHOJALY”, “XOCALI” sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən “26 02 1992”, “613”, “28” rəqəmləri əks olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobu Park”da təşkil edilmiş bu işıqlı anım aksiyası barədə videoçarx mediada və sosial şəbəkələrdə yerləşdirilib.