Koronavirusa görə məhkəməyə qatılmadı

Koronavirusa görə məhkəməyə qatılmadı
1779 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aparıcı Ərhan Çelikin keçmiş həyat yoldaşı Gülben Ergendən tərəfindən sosial mediada təhqir olunması ilə bağlı məhkəməyə müraciətinə baxılıb.

Axşam.az xəbər verir ki, prosesə hər iki tərəfin vəkilləri qatılıb.

Ə.Çelikin vəkili bildirib ki, müvəkkili atasını itirdiyi üçün, G.Ergen isə Ankarada koronavirusla bağlı yoxlama zamanı problem çıxdığı üçün məhkəməyə qatıla bilməyib.

Bu sözləri eşidən müğənninin vəkili isə hiddətlənib və onlar arasına mübahisə yaşanıb. İclas 4 mart tarixində yenidən keçiriləcək.