Koronavirusa görə xəstəxanaya daha 29 nəfər gətirilib

Koronavirusa görə xəstəxanaya daha 29 nəfər gətirilib
3842 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına daha 29 nəfər daxil olub.

Axşam.az xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.