Rafiq Həşimova da AzTV-də yüksək vəzifə verildi

Rafiq Həşimova da AzTV-də yüksək vəzifə verildi
3030 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədrinin yeni müavini təyin olunub.

Axşam.az “Lent.az”a istinadən xəbər verir ki, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Onun yerinə Əməkdar artist, tanınmış diktor Rafiq Həşimovun müavin təyin olunduğu bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün həmçinin gənc aparıcı Rüfət Həmzəyev də AzTV sədrinin müavini vəzifəsinə təyin olunub.