"Əməliyyat olundum. İkinci əməliyyat gözlənilir. Vəziyyətim çətindir. Məni xəstəxanaya koma halında gətiriblər. Reanimasiyada qaldım".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov deyib. "Ona qalsa" verilişinə telefonla zəng edən aktyor hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Mənəvi dəstəyə ehtiyacım var. Maddi dəstək lazım deyil. Hər şey yolundadır. Sabah ikinci əməliyyat olmalıdır. Həkimlər narkoza görə qalıblar. Fikirləşirlər, görək necə olacaq.

Deyirlər guya, pul yığılmalıdır. Mənim heç nəyə ehtiyacım yoxdur, xahiş edirəm etməyin. Belə yalan xəbər yaymaq düz deyil".



                 

Xəbər lenti