"Bapbalaca boyu ilə toya 10 minə gedir"

"Bapbalaca boyu ilə toya 10 minə gedir"
3872 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Rövşanə Ağasəfqızı müğənnilərin toylara baha qiymətə getməsini tənqid edib.

Axşam.az xəbər verir ki, o, "Səhər-səhər" verilişində ad çəkmədiyi ifaçını tənqid atəşinə tutub: 

"Toylara bu qədər müğənni çağırmayın. Bunun əleyhinəyəm. Bu qədər baha qiymətə müğənni olar? Bizim millətin şöhrətpərəstlik dərdi var. Böyük problemdir. Gedir kredit götürür, borc alır, toyuna müğənni çağırır. Bapbalaca boyu olan müğənninin cibinə 10 min qoyurlar. Nədir ki, gəlib oxuyacaq. Sonra da beş ay kredit ödəyir. Nə siması, nə səsi var. Bir damcı boyu var, 10 minə gedir. Sən nə oxuyursan ki, 10 min alırsan?  Bir manat endirim etmir".