İqtisadi böhran yaşayan dünyaca məşhur alt paltarı markası “Victorias Secret” 1,1 milyard dollara “Sycamore Partners” şirkəti tərəfindən alınıb.

Axşam.az xəbər verir ki, “Victorias Secret”in sahibi olan “Limidet Brands” şirkəti brendin 55% hissəsini satdığını söyləyib.

Bildirilir ki, brend məşhurların öz markaların yaratması, həmçinin, başqa alternativ saylarının artması ilə müştərilərini itirib. Bundan başqa, dəfilələrdə LGBTİ üzvlərinin olmaması da “VS”in nüfuzuna xələl gətirib.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində mağazaları olan 43 yaşlı brendin 80 minə yaxın personalı var. “Victorias Secret”  1977-ci ildə Roy Reymond tərəfindən yaradılıb. İlk mağazası isə Palo Altoda yerləşən Stenford alış-veriş mərkəzində açılıb.



                 

Xəbər lenti