Xocalı qurbanlarının xatirəsinə konsert keçirilib

Xocalı qurbanlarının xatirəsinə konsert keçirilib
304 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

Axşam.az xəbər verir ki, anım konserti Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Anım konsertində filarmoniyanın solistlərinin ifasında Ü.Hacıbəyli, T. Bakıxanov, S.Hacıbəyov, S.Ələsgərov, A.Əlizadə, V.Adıgözəlov və F.Bədəlbəylinin əsərləri səslənib.

Xalq artisti Gülnaz İsmayılova isə dünya klassiklərinin əsərlərini ifa edib.