“Eqoistliyiniz ailə ənənəsidir” - Rəfiqələr arasında qalmaqal

“Eqoistliyiniz ailə ənənəsidir” - Rəfiqələr arasında qalmaqal
1814 dəfə oxunub
  • A-
  • A
  • A+

Eks-rəfiqələr Aynur Aydın və Aleyna Tilki arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, sənətçilərin davasına Aleynanın atası da qoşulub.

Qalmaqala səbəb isə Aynurun küsdüyü rəfiqəsi haqda “Aleynanın üstündə çox əməyim var” sözləri olub. Aleyna da eyni cümlələrlə rəfiqəsinə qarşılıq verib. İfaçının atası Mehmet Tilki isə “Aleynanın ayısı qədər məşhur olmayıb, onun vasitəsilə reklam olunmağa çalışan və özünü sənətçi zənn edən xanıma salamlar” deyə, paylaşım edib.

A.Aydın isə “Mənim də qız olduğumu unutdunuz hərhalda. Yəqin ki, eqoistliyiniz ailə ənənəsidir. Tilki ailəsinə yaraşan bir hərəkət etdiniz” sözləri ilə Mehmet Tilkiyə cavab verib.