"Anam, yaxşı ki, vaxtında dünyadan köçdün" - Nadir Qafarzadə

"Anam,  yaxşı ki, vaxtında dünyadan köçdün" -  Nadir Qafarzadə
2583 dəfə oxunub
  • A-
  • A
  • A+
"Allah anama rəhmət eləsin. Yaxşı ki, vaxtında dünyadan köçdün, canım ana".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb. Yaşlı bir qadının İnstaqramda paylaşılan videosunu yayımlayan sənətçi tənqidlər səsləndirib:

"Ana, sizin bu dəqiqə oturub nəvələrə, övladlarla nəsihət verən vaxtınızdır. İnstaqramda bu cür gülünc vəziyyətdə olmağınız yox... Yadıma anam, xalalarım, bibim, qohum, qonşu qadınlar düşəndə, çox heyifslənirəm. Düzgün zamanın düzgün qadınları idilər.

Bu yaşda olan analar cəmiyyətə örnək ola biləcək hərəkətlər etməlidir. Nümunəvi qadın kimi olmalıdır. Çoxları məni "geridəqalmış" hesab edib, fikirləşərlər ki, müasir deyiləm. Təki öz sağlam fikirlərimlə geridəqalmış olum. Siz də öz qeyri-normal fikirlərinizlə müasir olun".