Fatimə aparıcılara xəbərdarlıq etdi - Heç kimə paltar verməyəcək

Fatimə aparıcılara xəbərdarlıq etdi -  Heç kimə paltar verməyəcək
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hörmətli sənət yoldaşlarım, jurnalistlər, sizdən xahiş edirəm mənə milli geyimlə bağlı zəng etməyin. Şəkərbura kimi Novruz bayramında yada düşürəm. Amma rica edirəm, yadınıza düşməyim".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. Sənətçi bayram ərəfəsində ondan milli geyim istəyənlərə səslənib. fatimə bildirib ki, heç kimə paltar verməyəcək:

"Bütün geyimlərimiz başqa şirkətlə müqavilə bağlanıb və ora verilib. Daha sonra isə keçən il etdiyiniz hörmətsizliyə görə bərbad hala düşüb. Ya geyimləri aparıb, hansısa bir hissəsini itirirsiz, ya ümumiyyətlə itirirsiz, ya da çox səliqəsiz qaytarırsız.

Xahiş edirəm, üz vurmayın və məndən inciməyin. Bizdə geyim yoxdur. Öz geyimlərimi isə heç kimə vermirəm. Onlar mənim səhnə geyimlərimdir".