"Bizə otel qapılarında gəzən müğənni lazım deyil"

"Bizə otel qapılarında gəzən müğənni lazım deyil"
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
"Heç kimin xətrinə dəyməsin. Müğənnilərin yaxşılarını çıxmaq şərti ilə... Bizim səhnəyə otel qapılarında gəzən müğənnilər lazım deyil. Söhbət həm qadın, həm də kişi müğənnilərdən gedir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev "Hər şey daxil" verilişində deyib. Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini tənqid edib:

"Bizə sivil ailədən çıxan müğənni lazımdır. Efirdə, hər yerdə olsun. Bura Amerika deyil. Orada-burada nə gəldi etsin. Konsertə gedəndə hamımız oteldə qalırıq. Müğənni adını çox ifaçılar öz üzərinə götürüb. Bilirik ki, müğənni deyil. Adının üstünə "müğənni" sözünü qoyur. Biz də onları görür, efirlərə çıxmaq istəmirik. Bəzi ifaçılarımızı onlarla yanaşı görə bilmərəm".