"Bayağı yox, hər zaman gündəmdə olan musiqi janrıdır. Ara müğənnisi kimi onları oxuyanlar da hər zaman gündəmdə qalacaqlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Show news" verilişində deyib. Bayağı mahnı ifaçılarından, "Youtube"da trendə düşən ifaçılardan söz açan sənətçi bunları deyib:

"Elə ab-havaya girirlər ki, onlarda ulduzluq simptomları yaranır. Allah onlara şəfa versin. Ad çəkmirəm, sözlərimi kim özünə götürür götürsün. Bəlli ara müğənniləri var. Heç onlara qıcıqlanmıram. Hər kəsin gözü tərəzidir. O müğənnilər bizimlə eyni tədbirdə olmurlar. Bizim getdiyimiz məkanlar ayrıdır.

Onların bu cür gündəmə gəlməsinə biz şərait yaratmışıq. Boşluq yaratmışıq, yeri onlar tutub".

Ayan efirə tək çıxmaq istəyən sənətçiləri tənqid edib:

"Onlar tək, biz isə ümumiyətlə efirə çıxmaq istəmirik. Bu da mənfidir. Bu günə qədər deməmişəm efirə tək çıxım. Ad günüm olub, sevdiyim həmkarları çağırmışam".



                 

Xəbər lenti