Bu dəfə Nazilə Damlaya söz atdı - Video

Bu dəfə Nazilə Damlaya söz atdı -  Video
3073 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Damlanın "Azərbaycanda meqastar yoxdur" sözləri şou-biznes nümayəndələri arasında müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, ifaçının həmin an etdiyi hərəkətini bir çox sənətçilər ələ salıb. Bu dəfə isə Damlanı şairə-aparıcı Nazilə Səfərli yamsılayıb.

Nazilə "Ona qalsa" proqramında ifaçının sözlərindən danışaraq, onun qisas aldığını bildirib:

"Yeni çıxan ifaçıları o qədər baltalayırlar ki... O da deyir, böyüyüm, görün sizi nə günə qoyuram. Axırda da böyüyüb, deyir ki, Azərbaycanda meqastar yoxdur. Damlanı salamlayıram. İnsan sakit yolu ilə gəlir, hərə bir daşı atır. Bərkiyir və qoşunun qabağına tək çıxır. Elə bir söz deyir ki, hamı susur". 

Qeyd edək ki, Damlanın "ATV maqazin onlarla" verilişində dediyi sözləri müğənni Ceyhun Əliyev də ələ salmışdı.