Sevda arzuladığı oğlandan danışdı: "Rolls-Royce"u olmaya bilər"

Sevda arzuladığı oğlandan danışdı:  "Rolls-Royce"u olmaya bilər"
1889 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva "Hər şey daxil" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, proqramın aparıcısı-prodüser Tarix Əliyev (Tolik) ona yenə də şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

"Sevda öz adını qoruyur. Elə xasiyyəti yoxdur ki, başqa müğənnilər kimi hərəkətlər etsin. Sevda, nə vaxt tərpənirsən? Ağ atlı, yoxsa ağ "Rolls-Royce"lu oğlan gözləyirsən" sözlərinə sənətçi belə reaksiya verib:

"Hərəkətdəyəm... Yaxşı insan gözləyirəm. Onun atı da, "Rolls-Royce"da olmaya bilər. Əsas odur ki, düşüncəsi, ağlı, insanlığı olsun. 2020 cüt rəqəmdir, gözləyirəm. Amma hələ həyatımda heç kim yoxdur".