“O qədər insan itirmişəm ki...”

“O qədər insan itirmişəm ki...”
3695 dəfə oxunub
  • A-
  • A
  • A+

“Həssas olmuşam. Kiminsə həyatımdan getməsi məni üzmür. Hətta itkinin fərqində belə olmuram”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial media hesabında yazıb.

O, ayrılıq barədə yazdığı statusa bu fikirləri də əlavə edib:

“Elə hiss edirəm ki, sanki siqaret çəkib bitirmişəm. Telefonun səssizliyi, güclü bir çiyinin əskikliyi və kömək əlinin olmaması məni ruhdan salmır. Artıq başqalarının seçimləri məni narahat etmir. O qədər insan itirmişəm ki, artıq vecimə deyil. Ya da buna öyrəşmişəm”.

Qeyd edək ki, aktrisa bir müddət öncə sevgilisi, eks-polis işçisi Murad Abdullayevin qardaşının qəfil ölümü ilə gündəmə gəlmiş və bununla bağlı da status yazmışdı.