Bu sözlərə görə Brilliant Faiqi təhqir etdi

Bu sözlərə görə Brilliant Faiqi təhqir etdi
3166 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayev arasında illərdir davam edən küsülülük bitmək bilmir.

Axşam.az xəbər verir ki, Ağayevin müğənni-bəstəkar Murad Arifin "Popumuz var" layihəsində dediyi sözlər bu qalmaqalı daha da alovlandırıb. Faiq "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti" sualına "Müqayisə belə edilməzdir. Flora Kərimovanın sənəti əsrlərlə yaşayacaq, o biri isə unudulacaq" cavabını verib. Bu isə Dadaşovanı özündən çıxarıb.

Murad F.Ağayevin parlament seçkilərində namizədliyini verməməsi ilə bağlı sual ünvanlayıb. Müğənni isə "Şəxsi azadlığımın bir çox hissəsindən məhrum olmuş insanam. Parlamentə getsəydim, şəxsi azadlığım 95 faiz əldən gedəcəkdi. Şəxsi həyatımı qurban verməyə hazır deyiləm. Qanunla başqa qazanca icazə yoxdur. İki ailəyə baxan insan, qazana bilməyəcəkdim. Deputat olsam, toya gedə bilməyəckdim" sözlərini deyib.

M.Arifin Faiqə xitabən "doğru-dürüst insan" sözlərini işlətməsi Brilliantı daha da qəzəbləndirib və o, həmkarının ünvanına təhqirlər yazıb. Sənətçi həmkarını ona böhtan atmaqda günahlandırıb:

"Hərənin həyatı onun öz işidir. Amma çəkdiyi video yayılandan sonra şər-böhtanla niyə mənim üstümə atması hələ də sual altındadır. Bu dünyada və məşhərdə böhtanın cəzası çox ağırdır.

Murad, parlamentdə vaxtilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə dürüstlük gözləyənlərin ümidini heç olmasa özün qırma. Bu xalq doğrudanmı bu qədər cılızlaşdırılır? Allah özü bu xalqa kömək olsun.

Dürüstlük? Murad, dürüstlük dünyadakı haqqını halal etməz, günahdır".