Türkiyədə 10 yaşlı Atakan adlı uşaq hər kəsi təəccübləndirib.

Axşam.az xəbər verir ki, Fethi Çağıl adlı sosial şəbəkə istifadəçisi Atakanla bağlı paylaşım edib. O bildirib ki, oğlan 5 ay içində 250 kitab oxuyub.

Fethinin paylaşdığı videoda Atakan oxuduğu kitablardan bəhs edir. yaşına uyğun olmayan kitablar oxuyan Atakan özündənəmin davranışları ilə də diqqət çəkib.

Görüntüləri gündəm olan Fethi Çağıl "10 yaşındaki Atakan ilə kitablara baxarkən tanış oldum. 2 saata yaxın söhbət etdik. 5 ayda 250 kitab oxuyub. Ona heyran qaldım. Aristotel, Jan Jak Russodan danışdıq" deyə, bildirib.

Kasıb bir ailədə doğulan Atakan adi məktəblərdən birinə gedir. Sosial şəbəkədə onun özəl məktəbə getməsi üçün yardım kampaniyasına başlayıblar.  



                 

Xəbər lenti