"Kişi qayıtdı ki, başını aç, gir məclisdə oxu..."

"Kişi qayıtdı ki, başını aç, gir məclisdə oxu..."
2461 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dəfərlərlə olub ki, dəvət olunduğum məclisdən geri qayıtmışam. Girib görürəm ki, stolun üstündə içki şüşəsi. Nə qədər gizlədilsə də, xeyri yoxdur, Allah göstərir sənə".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Hər şey daxil verilişində deyib. Sənətçi qatıldığı toyda başına gələn hadisədən bəhs edib:

"Toy sahibinə deyirəm ki, inciməyin başıbağlıyam. Qayıdırlar ki, biz sənə nə edərik ki? Deyirəm, tövbəliyəm, olmaz. Hətta yaşlı kişi gəlib deyib ki, qızım bu, sənin sənətindir. Başını aç gir məclisə, oxu. Sonra da çıx bağla, get evinə".