Ötən il 17 min boşanma olub...

Ötən il 17 min boşanma olub...
543 dəfə oxunub
  • A-
  • A
  • A+

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən il ölkədə 63 min 869 nikah və 17 min 148 boşanma halları qeydə alınıb.

Axşam xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.