"Anamın kitabı" tamaşası nümayiş olunacaq

"Anamın kitabı" tamaşası nümayiş olunacaq
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 28-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.

Axşam.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadadır.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Səhnə əsərində Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

“Anamın kitabı” tamaşası yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Tamaşada qaldırılan məsələlər bu gün çox aktualdır.