Əməkdar artist “İki cütlük üçün variasiyalar” baletində

Əməkdar artist “İki cütlük üçün variasiyalar” baletində
257 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində “Adajio Xammerklavir”, “Solo”, “İki cütlük üçün variasiyalar”, “Beş tanqo” adlı birpərdəli baletlər nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, “İki cütlük üçün variasiyalar” baletində Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının premyeri Timur Əsgərov çıxış edəcək.

Səhnə əsərində Benjamin Britten, Stefan Kovaç Tikmayer, Astor Pyatsollanın musiqisindən istifadə edilib. Baletin dünya premyerası 2012-ci ildə Amsterdamda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.