Keti Perrinin 5 milyonluq nişan üzüyü - Fotolar

Keti Perrinin 5 milyonluq nişan üzüyü -  Fotolar
1095 dəfə oxunub
  • A-
  • A
  • A+

35 yaşlı amerikalı müğənni Keti Perri aktyor sevgilisi Orlando Blumla nişanlanmasını təsdiqləyib.

Axşam.az xəbər verir ki, cütlüyün nişanı ötən il fevralın 14-də Los-Ancelesdə olub.

Özəl günündən fotolarını İnstaqramda paylaşan Keti “1 il əvvəl mən həyata, sevgiyə “hə” dedim” qeydini yazıb.

Qeyd edək ki, Orlandonun Ketiyə 5 milyon dollar (təxminən 8 milyon 500 min manat) dəyərində 4 karatlıq brilyant üzük verdiyi deyilir.

Müğənninin hazırda hamilə olduğu iddia edilir.