REAL TV-nin əməkdaşları Ləman Ələşrəfqızı, İlqar Mikayıloğlu və Afət Telmanqızı televiziyadakı işindən ayrılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən L.Əşrəfqızı bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

A. Telmanqızı isə bildirib ki, televiziyanın qoyduğu şərti qəbul etmədikləri üçün hər üçü işdən ayrılıb.



                 

Xəbər lenti