“Warner Bros” şirkətinin lentə aldığı “Batman” filminin ilk tizeri yayımlanıb.

Axşam.az xəbər verir ki, ekran işində superqəhrəman obrazını britaniyalı aktyor Robert Pattinson canlandırıb.

Rejissorluğunu Mett Rivzin etdiyi filmdə aktyorlar Kolin Farell, Piters Skarsqard, Zoi Kraviç və başqaları da çəkilib.

Sosial şəbəkələrdə yayılan videodan sonra izləyicilərin bəziləri bu obrazın Pattinsondan çox Ben Afflekə yaraşdığını, bəziləri isə onun kostyumunun “Daredevil” superqəhrəmanın geyiminə bənzətdiklərini yazıblar.

Qeyd edək ki, filmin dünya premyerası gələn il iyunun 24-də olacaq.



                 

Xəbər lenti