Talıb Tale nişanlısından ayrılıb - Video

Talıb Tale nişanlısından ayrılıb -  Video
8659 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Talıb Talenin toyunun gecikməsinin səbəbi bəlli olub.

Axşam.az xəbər verir ki, ifaçının nişanı qayıdıb. O, bu barədə 5/5 proqramında danışıb. Talıb bildirib ki, nişanlısından ötən ilin payızında ayrılıb:

“Xeyli müddətdir ki, gizlədirdim. Çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Uzaqdan qohumluğumuz var,  bu barədə çox danışmaq istəmirəm. Xasiyyətlərimiz uyğun olmadı. İl yarım nişanlı qaldıq, ötən ilin payızından ayrıldıq. Biz sevgi ilə yox, məntiq üzərində ailə quracaqdıq. Münasibətin sonlanmasını qarşı tərəf istədi. Biz də mədəni insanlar kimi danışdıq və qərara gəldik ki, bu həyata birlikdə davam etməyək.

Gənclərə də tövsiyyə edirəm ki, vaxtında evlənsinlər. Yaş artdıqca hər şey çətin olur”.

Xatırladaq ki, T.Talenin nişanı 2018-ci ilin mayında olmuşdu.