Səpkilərə qarşı maska

Səpkilərə qarşı maska
4622 dəfə oxunub
  • A-
  • A
  • A+
Sızanaqlar qadınlarla yanaşı kişilər üçün də problemli məsələdir. Sızanaqlar dəri altında olan piy və tük köklərinin iltihablaşmasıdır. İltihablı və iltihabsız olmaqla 2 cür sızanaqlara rast gəlmək olur.

Axşam.az sızanaqlardan xilas olmaq üçün təsirli olan maskaları təqdim edir.

Yumurta maskası:

1 ədəd bişmiş yumurtanın ağını əzdikdən sonra üzərinə iki çay qaşığı bal əlavə edin. Əgər dəriniz yağlıdırsa iki damcı limon suyu da istifadə edin. Məhlulu üzünüzdə 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın. Maskanı həftədə iki dəfə istifadə etməyiniz kifayətdir.

Darçın maskası:

2 yemək qaşığı bal ilə 1 yemək qaşığı darçını qarışdırın. Məhlulu 15-20 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq su ilə təmizləyib, nəmləndirici kremdən isttifadə edin.