Bakıda “İlin şansonu” tədbiri keçiriləcək

Bakıda “İlin şansonu” tədbiri keçiriləcək
427 dəfə oxunub
  • A-
  • A
  • A+

20 il əvvəl “Radio Şanson” tərəfindən təsis edilmiş ənənəvi “İlin şansonu” mükafat tədbiri Bakıda keçiriləcək.

Axşam.az xəbər verir ki, musiqili gecə mayın 2-də Bakı Konqres Mərkəzində baş tutacaq.

Konsertdə Mixail Bublik, Tamara Qverdtsiteli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povali, Alyona Petrovskaya çıxış edəcək.

Qeyd edək ki, “İlin şansonu” mükafatının ilk təqdimetmə mərasimi 2002-ci ildə Dövlət Kreml Sarayının səhnəsində təşkil edilib.