Rihanna qayıdır!

Rihanna qayıdır!
1978 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni Rihanna yeni albomunun hazırlıqlarına başlayıb.

Axşam.az xəbər verir ki, 31 yaşlı barbadoslu ifaçı 2016-cı ildə çıxardığı “Anti” albomundan sonra ötən gün etdiyi paylaşımla studiyaya girdiyini açıqlayıb.

O, yeni albomunda hip-hopçu Farel Uilyams və Çed Hüqo ilə işbirliyi edəcək.

Qeyd edək ki, indiyədək bütün dünyada 230 milyondan çox mahnı satışı edən Riri bütün zamanların ən tələbatlı ifaçılarından sayılır. “Billboard Hot 100” siyahısında zirvədə olan 14 sinqlı sayəsində tarixdə bu qədər çox bir nömrədə olan ən sürətli və ən gənc solo ifaçıdır. “Billboard” tərəfindən 2000-ci illərin Rəqəmsal mahnı ifaçısı və 2010-cu illərin ən yaxşı “Hot 100” müğənnisi elan edilib. 2012-ci ildə “Forbes” tərəfindən ən güclü dördüncü məşhur olaraq göstərilib. Həmçinin, həmin il “Time” dərgisinin “Dünyanın ən təsiredici 100 şəxsi” siyahısına daxil edilib.