Koronavirus şübhəsi ilə "Semaşko"ya bir nəfər gətirilib

Koronavirus şübhəsi ilə "Semaşko"ya bir nəfər gətirilib
4394 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən Pekində təhsil alan tələbə, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.