Fevralın 12-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb.

Axşam.az xəbər verir ki, sərgi barədə fikirlərini “AzərTac”a bölüşən Zərnaz İmanzadə bildirib ki, onun ən çox xoşladığı işi “Əvvəl və sonra” əsəridir. Burada o, uzun sürən xəstəlikdən sonra ölümlə üzləşən insan obrazı təsvir etməyə çalışıb. Əsərdə həyatın gözəlliyi və ölümün necə bir məfhum olduğu əks olunub.

Qeyd edək ki, sərgi fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq.



                 

Xəbər lenti