Məşhur cütlüyün övlad arzusu

Məşhur cütlüyün övlad arzusu
1918 dəfə oxunub
  • A-
  • A
  • A+
“Seksenler” serialının aktyorları Begüm Öner ilə Ceyhun Fersoy ötən gün əyləncə mərkəzlərinin birində görüntüləniblər.

Axşam.az xəbər verir ki, layihədə və gerçək həyatda da evli olan cütlük məkandan çıxarkən müxbirlərin suallarını cavablandırıblar.

Onlar eyni serialda rol almağın çətin olmadığını bildiriblər:

“Əvvəllər düşünürdük ki, çətin olacaq. Tərsinə oldu. Çəkiliş zamanı dost kimi oluruq. Bəzi məşhur cütlüklər ağır iş rejimindən yorulurlar və problemlər yaranır. Biz evdə mübahisə etsək belə işimizə yansıtmırıq”.

Aktrisa bu il ana olmaq istədiyini də açıqlayıb:

“Bu il Ceyhunla ən böyük layihəmiz övlad sahibi olmaqdır. Çox istəyirik, artıq vaxtı gəlib”.