Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evinə buraxılıb.

Axşam.az xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır.

Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.



                 

Xəbər lenti