DİN-dən Elza Seyidcahanla bağlı açıqlama

DİN-dən Elza Seyidcahanla bağlı açıqlama
24441 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axşam.az xəbər verir ki, Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır” deyə, cavabda qeyd edilib.

Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.