Sosial mediada fotomodel kimi tanınan Müjgan Ayxan müğənniliyə başlayıb.

Axşam.az xəbər verir ki, o, "Dəli qız" adlı klipini də təqdim edib.

İfaçı sözləri Zaur Nəcəfova, musiqisi Ruslan Səfərova aid mahnı üçün fotoqraf Pərviz Şalıyevin kamerasının qarşına keçib.

Müğənni özü barədə səsləndirdiyi fikirlərlə diqqət çəkib:

"Mən olmaq istədiyim kimi yox, olduğum kimiyəm. Müğənnilərdən daha çox tanınıram. İnanıram ki, tezliklə öz yerimi tutacam. Hələ qarşıda yeni işlər gəlir".

 
 
 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti