Məşhur dizayner karyerasını bitirdi

Məşhur dizayner karyerasını bitirdi
10930 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi fransalı dizayner Jan-Pol Qotye karyerasına son verib.

Axşam.az xəbər verir ki, bu barədə o, Paris moda həftəsinin başlamasından bir gün əvvəl xəbər verib.

Yaradıcılığının 50 illiyinə həsr olunmuş geyimləri sonuncu dəfə nümayiş etdirən 67 yaşlı dizayner bununla karyerasını yekunlaşdırıb.

“Jean-Paul Gauthier” markası isə dizaynerin nəzarəti altında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Jan-Pol Qotye dizaynerliyə 18 yaşında “Pierre Cardin” Moda Evində başlayıb. 1976-cı ildə isə o, öz brendini yaradıb.