Filarmoniyada milli musiqi gecəsi keçirilib - Fotolar

Filarmoniyada milli musiqi gecəsi keçirilib -  Fotolar
517 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz - milli sərvətimizdir” adlı konsert olub.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, gecədə Vasif Cavadov (tar), Günel Qasımova (xanəndə), Orxan Hüseynov (kamança), Amin Abdullayev (tar), Əmir Nəbiyev (xanəndə), Kamal Məmmədli (kamança) və başqaları çıxış ediblər. Musiqiçiləri İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Konsertdə xalq musiqisi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Konsert böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil edilən konsertin əsas məqsədi Azərbaycanda gənc istedadları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, əlaqələndiricisi Ayla Kərimova-Zakariyadır.