“Bir ildir ki, yataq xəstəsidir” - Ağakərimin son görüntüləri

“Bir ildir ki, yataq xəstəsidir” - Ağakərimin son görüntüləri
3270 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişi meyxanaçının evində qonaq olub.

O, müsahibə verməkdə çətinlik çəkib. Sənətçinin oğlu Ağakərimin vəziyyətinin əvvəl normal olduğunu, sonradan pisləşdiyini bildirib:

“Bir ildir ki, yataq xəstəsidir. Əvvəl o, bizə baxıb, indi isə ona baxmaq bizim borcumuzdur”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.