"Geyim soğan qabığı kimidir" - Vüsalə Əlizadə

"Geyim soğan qabığı kimidir" -  Vüsalə Əlizadə
10622 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədəki geyimlə bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aparıcı insana geyimə görə qiymət verməyi düzgün hesab etmədiyini bildirib:

"Geyim soğan qabığı kimidir: üst görkəmindən şirin, ya acı çıxacağını kimsə bilməz. Bir qadının da əsaləti və zərifliyi daxilindən, doğuşdan gəlməlidir. Geyimlə ölçülməyəcək çəkisi olmalı hər xanımın".

Qızı Diləklə fotosunu yayımlayan Vüsalə sözlərinə bunları əlavə edib:

"Sol yanım, can payım, yarım, sirdaşım. Sayəsində - güclü qadın, mübariz, məğlubolmaz insan və nümunəvi ana olmağı öyrəndiyim varlığım. Həyatı bərabər öyrənirik, Allahın bizdən aldıqları və verdikləri ilə çox xoşbəxtik. Şükürlər olsun... Həyatımın ən böyük yatırımı, "mənimdir" deyib, sahib olduğum tək varlığı... Nə yaxşı ki, varımsan, həyat dostum".