“Öpüşmək” qalmaqalından sonra eyni layihədədirlər

“Öpüşmək” qalmaqalından sonra eyni layihədədirlər
1784 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə ay öncə qalmaqal yaşayan aktyorlar Nilperi Şahinkaya və Kerem Bürsin eyni serialda rol alacaq.

Axşam.az xəbər verir ki, onlar birlikdə “Aynen aynen” adlı ekran işinə çəkiləcəklər.

Qeyd edək ki, K.Bürsindən öncə sözügedən serialda aktyor Uraz Kayqılaroğlu çəkiləcəkdi. Lakin o, hazırda rol aldığı “Sefirin kızı” serialına görə layihədən imtina edib.

Onu da bildirək ki, Nilperi və Kerem bundan öncə “Yaşamayanlar” serialında çəkilib. Sənətçilər arasında qalmaqala isə K.Bürsinin “Yaşayamayanlar”da isə Nilperi içərisində soğan, sarımsaq olan yeməklər yeyib, sonra da “Gəl, məni öp” deyirdi” sözləri səbəb olmuşdu.