63 yaşlı aktrisa Natalya Andreyçenko Meksikada yoxa çıxıb.

Axşam.az xəbər verir ki, sənətçi bir gündən çoxdur heç bir telefon zənglərinə cavab vermir. Yaxınları onunla əlaqə qura bilmirlər. Bu haqda onun meneceri məlumat yayıb.

Bildirib ki, Nataliya şənbə günü rəfiqəsi Kankunenin evinə getmək üçün yola çıxıb. O, yorğun və halsız olub. Maşına oturduğu andan onunla bütün əlaqələr kəsilib.

"Mənə dərhal məlumat verdilər. Həmin andan onun Rusiya və Amerika nömrəsinə zəng edirəm, amma bağlıdır. hazırda onun oğlunu tapmağa çalışırıq" deyə, menecer söyləyib.

Nataliya 10 ildən çoxdur ki, Meksikada yaşayır.



Xəbər lenti