Yelena Sidorenko namizədliyini geri götürdü

Yelena Sidorenko namizədliyini geri götürdü
3817 dəfə oxunub
  • A-
  • A
  • A+
73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürüb.

Axşam.az xəbər verir ki, bu barədə teleaparıcı özü məlumat verib. O təəssüf hissi ilə bildirib ki, namizədliyini geri çəkmək məcburiyyətində olub:

“Kimsə məni qınayacaq, kimsə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayiş etdirməyə çalışdıq. Rəy və fikirlərə görə bu bizdə alındı. Lakin, ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik. Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma, gözlədiyiniz kimi, sizin millət vəkili kimi deyil. Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.

Sidorenko xüsusilə xahiş edib ki, məsələ ilə bağlı ona əlavə müraciətlər edilməsin:

“Biz tarix yazdıq, elə tarix olaraq qalsın”.