Bu kişiyə ərə getməyin...

Bu kişiyə ərə getməyin...
7077 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən ailə qurmağa hazırlaşdığınız kişi düşündüyünüz biri olmaya bilər.

Axşam.az xarici mənbəyə istinadən sizə xarakterinə görə aşağıdakı kişilərlə ailə qurmamağı məsləhət görür:

1. Qısqanclıq edənlər. Bir az qısqanclıq hər kəs də ola bilər. Amma qarşı tərəf hədsiz qısqancdırsa, onda vay sizin halınıza.

2. Vaxtını boş yerə xərcləyənlər. Dünyaya bir dəfə gəlirsiniz. Günlərinizi yaxşı keçirməyə sərf edin. Əgər sevdiyiniz şəxs istədiklərinizi yerinə yetirməkdən boyun qaçırırsa, siz də ondan vaxtında qaçın.

3. Əhval-ruhiyyənizi aşağı salanlar. Yanınızdakı kişi tez-tez sizi üzəcək sözlər deyirsə, sizi aşağılayırsa, ondan ayrılın. Unutmayın, siz onun oyuncağı deyilsiniz.

4. Maddiyyata önəm verənlər. Siz və sevdiyiniz sahib olduğunuz və ya olmadığınız şeylərlə bir-birinizi tamamlamalısınız. Əgər o sizə pulunuza, mülkünüzə görə qiymət verirsə, onda həmin şəxlə gələcəyinizi birləşdirməmək məsləhətdir.

5. Nə vaxt dayanacağını bilməyənlər. Biri sizin əsəbilərinizi oynadırsa və dayanmadan bunu edirsə, ondan ayrılın. Kiminsə sizi aşağılamağına icazə verməyin.

6. Həyatında sizə yer verməyənlər. Həyatında sizdən çox dostlarına, qohumlarına vaxt ayıranlara siz də vaxt ayırmayın. Onunla ailə qursanız, demək olar ki, yalnız qalarsınız.

7. Qadını mülk olaraq düşünənlər. Unutma siz heç kimə aid deyilsiniz, özünüzə aidsiniz və bildiyiniz kimi yaşamaq haqqınız var. Bunu sizə çox görənlərdən uzaq durun.

8. Əyləncə hayında olanlar. Siz evlənməyi, sakit həyat qurmağı düşündüyünüz vaxt, o, əyləncə hayındadırsa, ondan sizə ər olmaz. Bir daha yaxşı düşünün.

9. Qərarsız olanlar. Sevdiyiniz sizə hər şeyi demirsə, sizinlə bölüşmürsə, onunla evlənməyin. Demək, o,  yalnız özünü düşünür və qərarsızdır.

10. Yanlış olduğunu qəbul etməyənlər. Kimsə yanlış olduğunu qəbul etmirsə, üzr istəmirsə, evlilik dönəmində də bu cür olacaq. Daim sizi səhv çıxaracaq.