"Xəzər TV"də yayımlanan "5/5" verilişində təhsil haqqını ödəyə bilməyən tələbələrə kömək etmək kampaniyası davam edir.

Axşam.az xəbər verir ki, verilişə ötən gün Əməkdar artist Vasif Məhərrəmli, müğənnilər Elton Hüseynəliyev, Xatirə İslam və aktyor Müşviq Şahverdiyev qonaq olublar.

Veriliş zamanı tələbələrə kömək edilməsindən söz açılıb. Elton "Hamımız bu kampaniyaya qoşulmalı, yardım etməliyik" sözünü deyib. Aparıcı Zaur Kamal da müğənnilərə üzünü tutaraq, hərəniz 500 manat ödəyin.

Həmin an Müşviq "Xatirənin qanı qaraldı. Nə olub, yarım saatı toya 5-10 minə gedirsən" sözlərini söyləyib.

Xatirə isə yardım etmək istəmədiyini bildirərək "15 adama bilet almışam. Mənim pulum yoxdur. Vasif versin" deyib.

V.Məhərrəmli də 500 manat ödəməyə razılıq verib. Daha sonra Xatirə "Vasifdən ayağını, böyrəyini istəyin, amma pul yox" cavabını bildirib.



Xəbər lenti