Ötən gün aparıcı Nurlana Cəfərovanın “Hər iki mən” kitabının təqdimatında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, səhnəyə şeir səsləndirmək üçün aktyor Əlixan Rəcəbov dəvət olunub.

Hər kəs onun şeir deyəcəyini gözləsə də, sənətçi yerində sakit durmaqla kifayətlənib. Onun səsi arxa fondan gəlməyə başlayıb. Şeirin sonunadək səhnədə qalan aktyor insanların təəccüblü baxışlarına cavab olaraq belə açıqlama verib:

“Hamıdan üzr istəyirəm. Əslində, Nurlana xanım mənə zəng edəndə dedim ki, bəs, ağıl dişim çıxır. 28 yaşımda… Keyidici vurdular deyə oxuya bilmədim və belə bir nömrəyə əl atdıq”.

Aktyorun bu sözləri tədbirə qatılan şəxslərin gülüşünə səbəb olub.



Xəbər lenti