“Pərdə” filmlərinin rejissoru Emil Quliyev yeni layihəyə start verir.

Axşam.az xəbər verir ki, o, hər üç filmin aktyor heyətindən ibarət ekran işinin çəkilişlərinə başlayır.

“Mən burada tək olmuşam” adlanacaq yeni layihə dram və psixoloji triller janrındadır. Filmin ssenari müəllifləri Nicat Muxtarov, Nurlan Həsənli və Emil Quliyevdir.

Baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandıracaq. Həmçinin ekran işində Fəridə Şahbazlı, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova kimi aktrisalar da çəkiləcək.

Filmin çəkilişləri, Bakı, Quba və Xaçmaz rayonunlarında reallaşacaq. Çəkilişlərə gələn aydan start veriləcək filmin, premyerası da bu ilə planlaşdırılıb.

Qeyd edək ki, E.Quliyev bu trilogiyaya aid olan “Pərdə”, “İkinci pərdə” və  “Sonuncu pərdə” filmlərini ekranlaşdırıb. 



                 

Xəbər lenti