Nömrələrini gizlədən sürücülər 500 manat cərimələndi

Nömrələrini gizlədən sürücülər 500 manat cərimələndi
2030 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.

Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “APA”ya açıqlamasında bildirib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.

V.Əsədov həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.