"Mənimlə əlləşmə, çox çirkinləşirsən"

"Mənimlə əlləşmə, çox çirkinləşirsən"
2066 dəfə oxunub
  • A-
  • A
  • A+
"Paxıllıq qadınlarda olan xüsusiyyətdir. Amma kişinin paxıllığı onun xasiyyətində qadın nüanslarının olduğunu göstərir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Sənətçi "Sınaq" klipindən bəhs edib.

O bildirib ki, bir həmkarı saxta profil açaraq, sosial şəbəkədə onun klipinə mənfi rəylər yazır:

"Çoxları elə bilir ki, kimin etdiyini anlamıram. Klipimi "Youtube"a qoydum. Gördüm bir nəfər on profil açıb, klipin altından nələr yazır. Yaxşı yazana da rəy yazıb, fikirlərini dəyişdirməyə çalışırlar.

Oturub kompüter mütəxəssisi ilə pulla "bəyənilmədi" panelini vururlar. Görünür ki, hamısı məqsədli şəkildə olunur. Bilirəm ki, o, kimdir. Mənimlə əlləşmə, çox çirkinləşirsən".